• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bakıda ağır qəza - 2 nəfər faciəli şəkildə öldü

HADİSƏ

13 May 2023 | 09:28

Bakıda ağır qəza - 2 nəfər faciəli şəkildə öldü

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.

Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

42 yaşlı Məmmədağa adlı şəxs aldığı yanıq xəsarətlərindən dünyasın dəyişib. Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR