• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakıda ağır yol qəzası: Beş dostdan biri...

HADİSƏ

25 Sentyabr 2023 | 07:59

Bakıda ağır yol qəzası: Beş dostdan biri...

​​​​​​Bakıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xəzər rayonunun.Türkan qəsəbəsində qeydə alınıb.

Qəza zamanı 5 dostdan biri ölüb digərləri ağır xəsarət alıb.

Belə ki, 2000-ci il təvəllüdlü Musa Məmmədov idarə etdiyi “Toyoto Prius” markalı maşınla hərəkətdə olarkən sükana nəzarəti itirib.

Minik avtomobili hərəkətdə olan “Man” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücü M.Məmmədov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər, 2002-ci il təvəllüdlü Elmir Mehdizadə, 2000-ci il təvəllüdlü Orxan Babazadə, 2002-ci il təvəllüdlü Siyasət Hüseynov və 2003-cü il təvəllüdlü Elşad Şahbazadə ağır bədən xəsarətləri alıb.

Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ölən və yaralılar Şüvəlan qəsəbəsində qonşu olublar. Onlar Türkan qəsəbəsinə restorana gedirmiş.

Faktla bağlı cinayət işi başlanılıb/apa


SON XƏBƏRLƏR

08 May 2025