• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bakıda avtomobil iki piyadanı vurdu

HADİSƏ

27 Aprel 2021 | 00:26

Bakıda avtomobil iki piyadanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Allahverdiyev Elnur Səfər oğlu və 1980-cı il təvəllüdlü Səfərov Samir Mirzə oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

E.Allahverdiyevə baldırın əziyi, S.Səfərova isə sağ baldırın açıq sınığı diaqnozu qoyulub.(report)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026