Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil Bakı Olimpiya Stadionunun qarşısında yolu keçən təqribən 38-40 yaşlı kişini (ad və soyad dəqiqləşdirilir-red) vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı araşdırılır.



jpg-1637267630.webp)












