• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda bal yarmarkası fəaliyyətə başlayıb: Qiymətlər... -FOTO + VİDEO 

CƏMİYYƏT

20 Oktyabr 2021 | 13:26

Bakıda bal yarmarkası fəaliyyətə başlayıb: Qiymətlər... - FOTO + VİDEO

Bakıda 26-cı Arıçılıq Məhsullarının sərgi satış yarmarkası fəaliyyətə başlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bal yarmarkası paytaxtın Gənclik metrosunun çıxışında, Kənddən şəhərə yarmarkasının keçirildiyi ərazidə təşkil olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bakıvaxtı.az-a bildirib ki, hər il təşkil edilən yarmarka ötən il pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin təxirə salınması səbəbindən keçirilmədi.

“Bal yarmarkasında respublikanın bütün iqtisadi rayonlarından 250 arıçı iştirak edir. Hər rayondan onlayn olaraq qeydiyyatdan keçmiş ilk 20 arıçıya yarmarkada iştirak hüququ verildi və onlara öz məhsullarını təqdim etmək üçün şərait yaradıldı. Məhsullar 10 gün əvvəl gətirilərək xüsusi anbarlara yığılıb və keyfiyyətin müəyyənləşdirilməsi məqsədilə laboratoriyada analiz götürülüb. Bu gün yarmarkaya ən keyfiyyətli məhsullar çıxarılıb. Ümumilikdə yarmarkaya 18 gün ərzində 120 ton məhsulun çıxarılması nəzərdə tutulub”, - deyə Vüqar Hüseynov bildirib.

Arıçılar bizimlə söhbətinə dedilər ki, bal məhsullarının qiyməti 20-30 manat arasında dəyişir. Balın çeşidləri də, alıcıların istəyi də fərqlidir. Arıçılar gətirdikləri məhsulları satacaqlarına ümid edirlər.

Vətəndaşlar 20 oktyabr - 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Ramid İbrahimov 


Bakıda bal yarmarkası fəaliyyətə başlayıb: Qiymətlər... - FOTO + VİDEOBakıda bal yarmarkası fəaliyyətə başlayıb: Qiymətlər... - FOTO + VİDEOBakıda bal yarmarkası fəaliyyətə başlayıb: Qiymətlər... - FOTO + VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026