• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakıda bankdan oğurluğun qarşısı alındı - VİDEO

HADİSƏ

19 Mart 2024 | 13:24

Bakıda bankdan oğurluğun qarşısı alındı - VİDEO

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb.

Bu barədə Bakıvaxtı.az-a Bakıvaxtı.az DİN-dən bildirilib.

Məlumata görə, paytaxtın Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Ötən gecə xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə çevik reaksiya göstərilib.

Bankın qapısını əlində olan dəmir alətlə qırmağa çalışan əvvəllər dəfələrlə məhkum edilmiş paytaxt sakini İbrahimov Zaur saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Araşdırmalar davam etdirilir.

Saxlanılan şəxsin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.​​


SON XƏBƏRLƏR

26 Aprel 2024