• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda bəzi yollarda tıxac var – SİYAHI

CƏMİYYƏT

14 Iyul 2021 | 10:24

Bakıda bəzi yollarda tıxac var – SİYAHI

Bakı Nəqliyyat Agentliyi yollardakı sıxlığa dair məlumat açıqlayıb.

BNA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:


1. Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

2. Binəqədi şosesi – (Əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində)

3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində)

4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində)

5. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində)

6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində)

7. Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol)

8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi)

Qeyd: Bu yollarda yaranan tıxacın səbəbi ilə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilib.

Nuranə Daxilqızı                     

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026