• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda daha bir bina sökülür - FOTO

CƏMİYYƏT

12 Yanvar 2023 | 09:57 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda daha bir bina sökülür - FOTO

Bakının Nizami rayonunda daha bir yaşayış binalarının sökülməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 76 ünvanında yerləşən yaşayış binasıdır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərin "trend"ə verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə mənzillərinin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Sakinlərin sözlərinə görə, ərazidə hündürmərtəbəli bina tikiləcək və həmin binadan sakinlərə mənzillər veriləcək. Yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq.

Qeyd edək, ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Artıq binalardan ikisi bir neçə ay əvvəl sökülüb. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.


Bakıda daha bir bina sökülür - FOTOBakıda daha bir bina sökülür - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026