• Bakı 16° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bakıda dava edən iki sürücü saxlanılıb 

HADİSƏ

20 Aprel 2024 | 16:42

Bakıda dava edən iki sürücü saxlanılıb 

“Dünən paytaxtın Nərimanov rayonu ərazisində iki sürücünün yaranan tıxacı nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq mübahisə etməsini əks etdirən görüntülər araşdırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov oxu.az-ın sorğusuna cavab olaraq deyib.

O bildirib ki, həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

“Tərəflərin ərizə və izahatları alınıb. Alınan xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda təhqiqat davam etdirilir”, - deyə Elbrus İbrahimov məlumat verib.


SON XƏBƏRLƏR

03 May 2024