Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib. Onun sözlərinə görə, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.
E.Hidayətoğlu bildirib ki, həmin dönərxanadan gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib. “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub.
"Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”, - deyə E.Hidayətoğlu bildirib.
***
10:08
Bakıda kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib. Qeyd olunub ki, zəhərlənmə hadisəsi dönərdən baş verib.
Zəhərlənən şəxslər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
















