• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda və Gədəbəydə YANĞIN

HADİSƏ

11 Yanvar 2022 | 23:22

Bakıda və Gədəbəydə YANĞIN

Bakıda və Gədəbəydə ev yanıb.

Bakıvaxtı.az bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumata görə, Bakının Səbail rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli evin 1 otağında yataq dəsti və taxta tullantıları 10 m² sahədə yanıb.

Gədəbəy rayonunun Köhnəkənd kəndində isə ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026