• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Prokurorluqdan Sumqayıtdakı qətllə bağlı MƏLUMAT

HADİSƏ

12 Yanvar 2022 | 10:01

Prokurorluqdan Sumqayıtdakı qətllə bağlı MƏLUMAT

Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakıvaxtı.az-a şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026