• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda “drift” edən avtobus sürücüsü ilə bağlı açıqlama - YENİLƏNİB + VİDEO

CƏMİYYƏT

14 Yanvar 2024 | 20:45 | Müəllif: Subhan Mahmudov

Bakıda “drift” edən avtobus sürücüsü ilə bağlı açıqlama - YENİLƏNİB + VİDEO

Bakıda "drift" edən sərnişin avtobusu ilə bağlı "Xaliq Faiqoğlu" şirkəti tərəfindən açıqlama yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib.

Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

Qeyd olunub ki, baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.

*** 18:39

Bakıda sərnişin avtobusunun “drift” etməsi gündəm olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə “ISUZU” markalı sərnişin avtobusunun sürücünün dayanacaqda təhlükəli manevrlar etdiyi an əks olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR