• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Küveyt Əmiri İlham Əliyevə təbrik məktubu göndərdi

CƏMİYYƏT

13 Fevral 2024 | 17:05 | Müəllif: Qalib İbrahimoğlu

Küveyt Əmiri İlham Əliyevə təbrik məktubu göndərdi

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident.

    Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Fürsətdən istifadə edərək dost ölkələrimizi birləşdirən sıx əlaqələrdən məmnunluğumuzu ifadə edirəm. Bu əlaqələrin ölkələrimizin ortaq mənafeyi naminə daha da inkişaf etdirilməsi və gücləndirilməsinə olan əzmimizi bir daha vurğulayıram.

    Zati-aliləri, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasına və xalqına davamlı inkişaf və tərəqqi arzulayıram.

    Dərin hörmət və ehtiramımı qəbul edin".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR