• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı

HADİSƏ

23 Oktyabr 2023 | 14:00 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda ƏMƏLİYYAT: 81 nəfər saxlanıldı

Sabunçu rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və ərazi polis orqanları əməkdaşlarının sentyabr-oktyabr aylarında rayon ərazisində keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb. Həmin şəxslər barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkoik vasitə olan  heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR