Bakının Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində baş verən yanğının qarşısı alınıb.
Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın lokallaşdırılaraq söndürülüb. Hazırda soyutma işləri aparılır.
***
18:02
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
















