Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.
Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.
O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.
Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.







jpg-1665144616.webp)



jpg-1665128790.webp)




