• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bakıda keçmiş məhkum tutuldu

CƏMİYYƏT, HADİSƏ

18 Mart 2024 | 16:45

Bakıda keçmiş məhkum tutuldu

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026