• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda “McDonalds”da insident - Müştəri monitoru sındırdı

HADİSƏ

08 Iyul 2023 | 16:39

Bakıda “McDonalds”da insident - Müştəri monitoru sındırdı

Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən "McDonalds" restoranında insident baş verib.

Bakıvaxtı.az xəbər verir ki, müştərilərdən biri restoran əməkdaşları ilə mübahisə edib.

Həmin şəxs sifariş menyusunun olduğu monitora zərbələr endirərək ekranı sındırıb.

Hadisə barədə mühafizə polisinə həyəcan siqnalı daxil olub.

Mühafizə polisinin əməkdaşları restorana gələrək aparatı sındıran şəxsi saxlayıb.

Ərazi üzrə polis bölməsinə aparılan şəxsin 2001-ci il təvəllüdlü Əli Hüseynov olması müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026