• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda mebel sexində yanğın  - VİDEO

HADİSƏ

07 Fevral 2022 | 14:50 | Müəllif: Subhan Mahmudov

Bakıda mebel sexində yanğın - VİDEO

Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəvər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri tərəfindən sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan mebel sexinin içərisində 10 kvadratmetr sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.

Sözügedən əməliyyatın görüntülərini təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR