• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bakıda qadını avtomobil vurdu

HADİSƏ

28 Fevral 2024 | 10:16

Bakıda qadını avtomobil vurdu

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, avtoqəza Zabrat şosesində baş verib.

Yolu keçən 1975-ci il təvəllüdlü Aynur Tərxan qızı Əmirovanı minik avtomobili vurub.

Qadın açıq kəllə-beyin travması və sağ ayaq sümüklərinin sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Səhiyyə ocağından verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR