Məlumatlara əsasən, Bakı şəhərində təqribən 67 min taksi fəaliyət göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, taksi sürücülərinin ortalama iş saatı 14-15 saatdır. “Məqsədimiz ondan ibarətdir ki, iş saatı azaldılsın, 8 saat edilsin. Yəni qiymətləri tənzimləməklə, elə edəcəyik ki, sürücülərin qazancı azalmayacaq”, - deyə o əlavə edib.















