• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Enerji içkiləri verilişə sponsor ola bilər? - AÇIQLAMA

CƏMİYYƏT

12 Iyul 2023 | 12:19

Enerji içkiləri verilişə sponsor ola bilər? - AÇIQLAMA

İdman verilişlərində enerji içkilərinin reklam edilməsi yolverilməzdir. Alkoqol və siqaretin efirdə reklamı qadağan olduğu kimi enerji içkisi verilişə sponsorluq edə bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

"Bununla insan sağlamlığı üçün təhlükəli olan məhsulun təbliğinə şərait yaratmış oluruq. Bəzən diyetoloqlar da insanlara yalnış və qeyri-sağlam pəhriz növləri təqdim edir. Sağlam qidalanmanın təşviqi ilə bağlı xüsusi layihəmiz olacaq. Əhaliyə sağlam qidalanmanın necə olması təqdim ediləcək. Müşahidə etdiklərimiz odur ki, əhalinin, xüsusilə də böyüməkdə olan gənc nəsil sağlam olmayan qidalara daha çox üstünlük verir", - o, bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026