• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu  - YENİLƏNİB

HADİSƏ

02 Yanvar 2023 | 17:24

Bakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

Nazirlikdən Bakıvaxtı.az-a  bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. 

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərə isə sağ ayağın və başın sıyrılması səbəbilə yerində yardım göstərilib.

Həmçinin, hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

 

16:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

DİN-in mətbuat xidmətindən isə Bakıvaxtı.az-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Qeyd olunub ki, hazırda təhlükəsizlik tədbirləri görülür və ilkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə "Report"a qeyd edilib ki, hadisə yerinə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası cəlb olunub.

 

***

16:14

Bakıda yaşayış binasında partlayış olub.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Eyni zamanda, partlayış baş verən əraziyə təcili tibbi yardım avtomobilləri cəlb olunub.


Bakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİBBakıda yaşayış binasında partlayışın səbəbləri məlum oldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR