• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Futbol azarkeşləri arasında BIÇAQLANMA: Xəsarət alan var

HADİSƏ

01 Fevral 2023 | 10:32 | Müəllif: Qalib İbrahimoğlu

Futbol azarkeşləri arasında BIÇAQLANMA: Xəsarət alan var

Dünən Səbail rayonunda bıçaqlanma olub.

Bakıvaxtı.az xəbər verir ki. hadisə 20-ci dairə ərazisində qeydə alınıb. Belə ki, “Səbail” və “Kəpəz” futbol komandalarının azarkeşləri arasında bıçaqlanma olub.

Məlumata görə, 1 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, “Səbail”-Kəpəz” oyunu keçirilən arenda bıçaqlanma hadisəsi qeydə alınmayıb: “Oyundan sonra arenadan kənarda bir nəfərin ayaq nahiyəsindən bıçaq xəsarəti alması ilə bağlı məlumat daxil olub. Araşdırmalarla həmin əməli törədən şəxsin kimliyi müəyyən olunub”.

Qeyd edilib ki, onun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR