• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakının bu rayonları qazsız qalacaq

CƏMİYYƏT

14 Fevral 2024 | 09:04 | Müəllif: Qalib İbrahimoğlu

Bakının bu rayonları qazsız qalacaq

Bakının Xətai və Sabunçu rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirilib.

Məlumata görə, Xətai rayonunda yerləşən “Əhmədli” QPS ərazisində siyirtmənin yenisi ilə əvəz olunması və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi 110 ünvanında orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 14.02.2024-cü il tarixdə saat 10:00-dan orta təzyiqli qaz kəmərlərindən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonu üzrə Gəncə prospekti, N.Tusi, A.Qurban, X.Məmmədov və M.Hadi küçələrinin, Sabunçu rayonu üzrə isə Bakıxanov qəsəbəsinin R.Axundzadə, İnşaatçılar, Ə.Cəfərov, A.Mustafayev, A.Pəri, N.Səlimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026