• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bakının mərkəzində qumbara tapıldı - FOTO

HADİSƏ

25 Oktyabr 2021 | 11:35

Bakının mərkəzində qumbara tapıldı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bak şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 56/2 ünvanında qazıntı işləri zamanı partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Bakının mərkəzində qumbara tapıldı - FOTOBakının mərkəzində qumbara tapıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026