• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qusarda əl qumbarası aşkarlandı

HADİSƏ

24 Noyabr 2021 | 11:07

Qusarda əl qumbarası aşkarlandı

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) "Növbətçi" hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.


Qusarda əl qumbarası aşkarlandıQusarda əl qumbarası aşkarlandıQusarda əl qumbarası aşkarlandıQusarda əl qumbarası aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR