Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə şəhərinin Aşağı Küngüt kəndində qeydə alınıb. FHN-nin "112" qaynar telefon xəttinə “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Ələsgərov Mehman Əhməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
















