• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistan sahillərində iki qayıq toqquşub - 30-dan çox itkin var

HADİSƏ

22 Yanvar 2022 | 15:56 | Müəllif: Subhan Mahmudov

Pakistan sahillərində iki qayıq toqquşub - 30-dan çox itkin var

Ərəbistan dənizində, Pakistanın Sind əyaləti sahillərində iki qayığın toqquşması nəticəsində 30-dan çox balıqçı itkin düşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə zamanı qayıqlarda ümumilikdə 35 nəfər olub.

Onlardan beş nəfəri xilas edilib və xəstəxanaya yerləşdirilib. Pakistan Hərbi-Dəniz Qüvvələri itkin düşənlərin axtarışlarını davam etdirir.

Qeyd olunur ki, qəzaya güclü külək və qayıqların həddən artıq dolması səbəb olub.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026