• Bakı 24° C

    6.99 m/s

Azad edilən ərazilərdə daha 42 mina aşkarlandı

HADİSƏ

21 Fevral 2022 | 12:30

Azad edilən ərazilərdə daha 42 mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, fevralın 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 27, tank əleyhinə 15 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026