• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

18 gün əvvəl itkin düşən gəncin meyiti asılmış vəziyyətdə TAPILDI

HADİSƏ

22 Mart 2022 | 18:59 | Müəllif: Subhan Mahmudov

18 gün əvvəl itkin düşən gəncin meyiti asılmış vəziyyətdə TAPILDI

Xaçmazda 18 gün əvvəl itkin düşən 25 yaşlı gəncin asılmış vəziyyətdə meyti tapılıb

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, hadisə Xaçmazın Muxtadır qəsəbəsində baş verib.

Belə ki, martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Əşrəf oğlu Nəzərovun meyiti qəsəbə ərazisindəki yaşayış olmayan köhnə evlərdən birinin həyətində asılı vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. V. Nəzərovun intihar etməsi və yaxud kimsə tərəfindən qətlə yetirilməsi üzrə araşdırma gedir.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğun istintaq hərəkətləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026