• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi - YENİLƏNİB

HADİSƏ

21 Fevral 2022 | 13:21

Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi - YENİLƏNİB

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib.

*** 12:32

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Hərbi Prokurorluqdakı mənbənin “Qafqazinfo”ya verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokuorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026