• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şadlıq sarayının inzibatçısı həbs olundu - FOTO

HADİSƏ

21 Fevral 2022 | 11:47

Şadlıq sarayının inzibatçısı həbs olundu - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şadlıq sarayında təşkil olunan toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən xəbərə görə, yoxlamalar zamanı şəhər ərazisində yerləşən “Asiman” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi və 250 nəfər qonağın məclisdə iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar şadlıq evinin inzibatçısı Elvin Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə ) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.


Şadlıq sarayının inzibatçısı həbs olundu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026