Senytabrın 9-dan Bakıda Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasının keçirilməsinə başlanıb.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 29-na qədər davam edəcək yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro tansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
Bakıvaxtı.az bal yarmakasına baş çəkib.
Gənclik metrostansiyasının düz yaxınlığında yerləşən bu yarmarkanın piştaxtalarını bəzəyən ballar göz oxşayırdı.
Yarmarkada gəzərkən hər bir satıcı müştəriləri yanına çağıraraq baldan dadmağı təklif edirdi. Elə biz də təklif edilən bu balların dadına baxdıq, satıcılarla həmsöhbət olduq.
Söhbət əsnasında satıcılar satışların az olduğundan şikayətlənir və bunun səbəbini yarmarkanın hər zamankından tez başlamasında görürdülər:
-Müştərilər hər il yarmakanın okytabrda açılmasına öyrəşmişdilər. Amma indi 1 ay qabaq başladı. Bu da təbii ki, satışlara təsir edir. Müştərilən yarmarkanın mövcudluğundan xəbərləri yoxdur.
Qiymətə gəldikdə isə burada hər qiymətə bal görmək mümkündür. 20..25..30..50..70 və s.
Satıcılardan birindən elə bu barədə də soruşduq:
-Müştərilər qiymətlərin bahalığından şikayətlənmir ki?
-Hər balın özünün müştərisi var. Balın növünə görə də dəyişir qiymət.
Daha ətraflı Bakıvaxtı.az-ın hazırladığı süjetdə:
Mina Mikayılova
Fotolar Fatimə Əşrəfli