• Bakı 20° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Birincilərin İLK DƏRS GÜNÜ: "Oyuncağı neynərəm,  oxumaq istəyirəm..." - REPORTAJ

REPORTAJ

16 Sentyabr 2024 | 15:10

Birincilərin İLK DƏRS GÜNÜ: Oyuncağı neynərəm,  oxumaq istəyirəm... - REPORTAJ

 

Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində Bilik Günü qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, senytabrın 15-i bazar gününə təsadüf etdiyindən, Bilik Günü məhz sentyabrın 16-sı keçirilir.

Məktəb dəhlizləri darıxdıqları şagirdlərini qarşılayıb, birincilər öz sinif otaqları, müəllim və şagird yoldaşları ilə tanış olublar.

Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 46 min 98, IX sinfində 44 min 233, X sinfində 35 min 757 , XI sinfində 32 min 260, XII sinfində 156 şagird təhsil alacaq.

Bakıvaxtı.az paytaxtda yerləşən 247 nömrəli məktəbdə olaraq, şagirdlərin ilk dərs günü həyacanına yaxından şahidlik edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Bilik Günündə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid valideynləri,  məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. S.Abbasova yeni dərs ilində təhsil müəssisəsinin qarşıya qoyduğu məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı nailiyyətlərindən bəhs edib.

Digər iştirakçılar yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri təbrik edib, şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıblar.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam edib.

Birincilərin ilk zəngi səsləndirməsi ilə 2024-2025-ci il tədris ilinə start verilib.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

20 Sentyabr 2024