• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Balotelli Azərbaycandan təklif aldı

İDMAN

10 Yanvar 2024 | 16:00

Balotelli Azərbaycandan təklif aldı

İtaliya yığmasının sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun meneceri Entso Rayola İtaliya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, ulduz futbolçu ilə bağlı bir çox ölkədən zənglər gəlir: “Onun arzusu yenidən İtaliyaya qayıtmaqdır. Amma hazırda Azərbaycan, İsrail, Argentina, Braziliya və Çindən təkliflər gəlir”.

Qeyd edək ki, Mario Balotelli hazırda Türkiyənin "Adana Demirspor" klubunun formasını geyinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026