• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Baş Prokurorluqdan liftin qırılması ilə bağlı MƏLUMAT

HADİSƏ

06 Aprel 2022 | 10:50

Baş Prokurorluqdan liftin qırılması ilə bağlı MƏLUMAT

Bakıda restoranda liftin qırılması faktı ilə bağlı araşdırma aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Səbail rayonunda yerləşən restoranda liftin qırılması faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026