• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır? - VİDEO

CƏMİYYƏT

29 Iyul 2024 | 17:55

Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır? - VİDEO

Xızıda azyaşlının yanlış dərmandan istifadə edilməsi səbəbindən öldüyü iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, azyaşlının başına mal-qara üçün nəzərdə tutulan "Neastol" dərmanı tökülüb.

Bəs bu halla üzləşən valideynlər nə etməlidirlər? Həkim Rasif Bağırov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sözügedən dərman gənə və parazitlərə qarşı istifadə edilən mayedir və ümumiyyətlə, heyvanlar üçün nəzərdə tutulan dərmanları insanlarda istifadə etmək olmaz.

Həkim onu da vurğulayıb ki, son zamanlar insanlar həkimə getmədən, araşdırma belə etmədən dərmanlardan özbaşına istifadə edirlər və bu da ağır nəticələr verir.

Həkimlər qeyd edirlər ki, xüsusən yay aylarında gigiyenik qaydalara daha çox əməl edilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR