• Bakı 23° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Bavariya” 37 dəqiqəyə səkkiz qol vurdu

İDMAN

28 Oktyabr 2023 | 19:51

“Bavariya” 37 dəqiqəyə səkkiz qol vurdu

Almaniya Bundesliqasında IX turun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, son çempion “Bavariya” öz meydanında “Darmştadt”la üz-üzə gəlib.

Qarşılaşma Münhen klubunun böyük hesablı qələbəsi ilə başa çatıb 8:0. Komanda səkkiz qolu 37 dəqiqə ərzində vurub.

Hesabı 51-ci dəqiqədə Harri Keyn açıb. Beş dəqiqə sonra Leroy Sane fərqi iki topa çatdırıb. 60-cı dəqiqədə Camal Musiala üçüncü qolu vurub. Dörd dəqiqə sonra Sane dublunu rəsmiləşdirib. 69-cu dəqiqədə dubl etmək növbəsi Keynə çatıb. 71-ci dəqiqədə Tomas Müller də adını tabloya yazdırıb. 76-cı dəqiqədə isə Musiala dublunu rəsmiləşdirib. 88-ci dəqiqədə het-trik edən Keyn oyunda yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, “Bavariya”nın heyətində dördüncü dəqiqədə Yozua Kimmix birbaşa qırmızı vərəqə alıb. Qonaq komandada isə 21-ci dəqiqədə Klaus Qyasula, 41-ci dəqiqədə Matey Mqalitsa meydandan qovulublar.

Qələbə sayəsində xallarını 23-ə çatdıran “Bavariya” birinci pilləyə yüksəlib. Komanda bir oyun az keçirən Leverkuzen “Bayer”ini bir xal qabaqlayır. “Darmştadt” isə yeddi xalla 14-cüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026