• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bayden Putinə indi də "qəssab" dedi

DÜNYA

26 Mart 2022 | 20:49 | Müəllif: Subhan Mahmudov

Bayden Putinə indi də "qəssab" dedi

ABŞ Prezidenti Co Bayden növbəti dəfə Rusiya lideri Vladimir Putin haqqında qeyri-diplomatik ifadə işlədib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun çıxışının video çarxını CNN yayımlayıb. Polşa və Ukrayna sərhəddində ukraynalı qaçqın düşərgəsini ziyarət edərkən jurnalistlərdən biri Baydendən qonşu ölkədə baş verən hadisələr kontekstində Putin haqqında nə düşündüyünü soruşub.

"O qəssabdır, mən belə düşünürəm", - deyə Bayden qısa cavab verib.

Qeyd edək ki, Bayden bundan öncə Putinə "qatil", "ölümcül diktator", "hərbi cinayətkar" və s. deyib.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026