ABŞ Prezidenti Rusiyanın G20-dən çıxarılmasını istəyir.
Bakıvaxtı.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden NATO liderləri sammitindən sonra keçirilən brifinqdə bildirib.
Bayden Rusiyanın yerinə Ukraynanın təşkilatın iclaslarında mütəmadi iştirak etməsini təklif edib.
ABŞ Prezidenti onu da deyib ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu parçalamağa çalışır.
















