• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bayden Ukrayna ilə İraqı səhv saldı

DÜNYA

02 Noyabr 2022 | 00:53 | Müəllif: Qalib İbrahimoğlu

Bayden Ukrayna ilə İraqı səhv saldı

ABŞ prezidenti Co Bayden çıxışlarında tez-tez ciddi səhvlərə yol verir.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, Bayden bu dəfə Ukraynanı İraqla qarışdırıb. "İraqdakı müharibə və Rusiyanın hərəkətləri səbəbindən neft üçün nəticələrə görə inflyasiya indi dünya problemidir",- deyə ABŞ prezidentiFloridada çıxışında bildirib. Daha sonra o, "Bağışlayın, Ukraynadakı müharibə", - deyərək səhvini düzəldib. 

Onun sözlərinə görə, oğlu İraqda öldüyü üçün daim o ölkəni düşünür.

Qeyd edək ki, onun böyük oğlu Beau Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edbi. Prezident daha əvvəl etiraf etmişdi ki, oğlunun xərçəng xəstəliyinə səbəb ABŞ-ın hərbi obyektlərində, o cümlədən İraqda tullantıların yandırılması zamanı buraxılan zəhərli maddələrin təsiri ola bilər.

Eyni çıxışı zamanı Bayden səhvən Florida ştatını vuran son İan qasırğasını da İvan adlandırıb

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026