• Bakı 17° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

"Bayer 04"-dən Avropa futbolunda YENİ REKORD

İDMAN

10 May 2024 | 10:21

Bayer 04-dən Avropa futbolunda YENİ REKORD

Almaniyanın "Bayer 04" klubu Avropa futbolunda yeni rekord müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Avropa Liqasının yarımfinal mərhələsinin "Roma" ilə cavab qarşılaşmasında (2:2) məğlubiyyətsiz oyunlar seriyasını 49-a çatdırıb.

Leverkuzenlilər bu göstəricidə Avropada birinci yerə çıxıblar. Komanda 1963-cü ildən 1965-ci ilə qədər bütün yarışlarda ardıcıl 48 görüşdə məğlub olmayan Portuqaliya "Benfika"sının rekordunu qırıb. Xabi Alonsonun yetirmələri bu mövsüm 40 qələbə, 9 heç-heçəyə imza atıblar.

Qeyd edək ki, İtaliya klubu ilə matçın 90+7-ci dəqiqəsində Yosip Stanişiçin qolu sayəsində məğlubiyyətdən xilas olan "Bayer 04" iki oyunun nəticəsinə görə 4:2 hesablı qələbə qazanıb və Avropa Liqasının finalına yüksəlib.


SON XƏBƏRLƏR