• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Bayraktar"la 3 min terror hücumunun qarşısı alınıb

DÜNYA

28 Noyabr 2023 | 20:10

Bayraktarla 3 min terror hücumunun qarşısı alınıb

Qərbi Afrika dövləti Burkina Faso ordusu Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə təxminən 3 min terrorçu ilə planlaşdırılan hücumun qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, döyüş meydanlarında qazandığı zəfərlərdə oynadığı rol ilə tez-tez gündəmə gələn Türkiyənin yerli və milli İHA-sı Bayraktar TB2 gücünü sübut etməyə davam edir. Ötən bazar günü Afrikanın Burkina Faso ölkəsinin Ciba qəsəbəsindəki kazarmaya təxminən 3 min terrorçu tərəfindən həyata keçirilən hücum Burkina Faso ordusu tərəfindən Bayraktar TB2 PUA-dan istifadə edilən əməliyyatla dəf edilib. Ordu havadan və qurudan keçirdiyi əməliyyatla ən azı 400 terrorçunu zərərsizləşdirib. Əməliyyatda Bayraktar TB2-lərin əsas rol oynadığı bildirilib.

Burkina Faso 2022-ci ildə Baykar Technology-dən 5 ədəd Bayraktar TB2 alıb. Baykar baş direktoru Haluk Bayraktar, ötən ilin aprelində Burkina Fasoda ölkənin ən yüksək səviyyəli milli mükafatı olan Ordre de L'etalon Officier medalı ilə təltif edilib.


SON XƏBƏRLƏR

26 Iyul 2024