• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Netanyahu ilə Ərdoğanı müqayisə etdi

DÜNYA

28 Dekabr 2023 | 19:50 | Müəllif: Subhan Mahmudov

Netanyahu ilə Ərdoğanı müqayisə etdi

İsrailin baş naziri Netanyahu bəşəriyyətə qarşı hərbi cinayətləri və fələstinlilərə qarşı soyqırım cəhdinə görə qanun qarşısında cavab verəcək.

Bakıvaxtı.az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik bildirib.

"Netanyahu rəhbərliyi fələstinli mülki vətəndaşları bombalayır, onlara öz torpaqlarından köçməli olduqlarını söyləyir, bu insanları köç edərkən bombalayır, hətta insanların sığındığı xəstəxanaları bombalayır. Prezident Rəcəb Tayyib Ərdoğan, insani dəyərlər naminə bütün dünyaya müraciət etdiyi halda, Netanyahu insanlığa düşmən olan hər cür hərəkəti əks etdirir. Fələstinli qardaşlarımızın qanuni hüquqlarına çatması üçün mübarizəmizi davam etdirəcəyik",- deyə Ömər Çelik bildirib.

Ömər Çelik vurğulayıb ki, Türkiyənin terrorla mübarizəsi, beynəlxalq hüququn bütün qaydalarına tam uyğun aparılan mübarizədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026