"Türkiyə ilə yaşanan məsələ siyasi deyil, texniki məsələdir. Problemi həll etmək üçün əlimizdən gələni edirik".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə ilə yol-nəqliyyat sektorunda yaranan problemlər ən tez zamanda həllini tapacaq:
"Həm biz, həm də Türkiyə baş verənlərin aradan qaldırılmasına çalışırıq. Bizim münasibətlərimiz dostluq çərçivəsindədir".
İran rəsmisi qeyd edib ki, problemin həlli çərçivəsində yaxın günlərdə İran nümayəndə heyəti Türkiyəyə gedəcək.
Əli Hüseynov