Belarusda ölkənin Xarici İşlər Nazirliyinə yeni rəhbər təyin olunub.
Bakıvaxtı.az “Belta”ya istinadən xəbər verir ki, bu vəzifəyə Belarus xarici işlər nazirinin birinci müavini Sergey Aleynik təyin olunub.
Xatırladaq ki, Belarusun xarici işlər naziri Vladimir Makey noyabrın 26-sı qəfil dünyasını dəyişib. Ölkə mediasında yer alan məlumata görə, 64 yaşlı Makey infarktdan dünyasını dəyişib.














