• Bakı 21° C

    1.39 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bərdədə ağır yol qəzası: İş adamı həlak oldu

HADİSƏ

18 May 2022 | 12:53 | Müəllif: Qalib İbrahimoğlu

Bərdədə ağır yol qəzası: İş adamı həlak oldu

Bərdədə ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, ağır qəza Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu, Qarayüsifli kəndindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü, 65 yaşlı Cəlil Hacıyev sükan arxasında olarkən ürəyində problem yaranıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü Cəlil Hacıyev aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. 

Məlumata görə, ölən şəxs sahibkardır və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı videogörüntünü təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026