• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

DÜNYA

02 Dekabr 2024 | 14:18

Bəşər Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

Suriya prezidenti Bəşər Əsəd ölkənin şimalında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barəd Türkiyənin iqtidaryönlü “Hürriyet” qəzeti yazıb.

“Bir ildir israrla prezident Ərdoğanımn ona uzatdığı əli sıxmayan Əsəd səhvinin bədəlini gördü. Bununla belə, hələ də gec deyil. Yeni şərtlərdə Əsəd Ərdoğanla əl sıxa bilər”, – “Hürriyet” qəzeti bildirib.

Xatırladaq ki, Suriyanın şimalında vəziyyət gərginləşib. Üsyankar “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşması hökumət qüvvələrinin nəzarətində olan Hələb şəhərini nəzarətə götürüb, cənub istiqamətinə doğru irəliləyir. Bu, son illərdə Suriya hökumətinə qarşı edilən ən böyük hücum sayılır.
Prezident Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən üsyançılar 2016-cı ildə ordu tərəfindən zorla çıxarıldıqdan sonra ilk dəfə Hələbə girib.

O vaxtdan bəri üsyançılar Hələbin yaxınlığında yerləşən İdlibdə, Türkiyə ilə sərhədə yaxın ərazilərdə güclü dayaqlar yaradıblar.

Müşahidəçilər bildiriblər ki, üsyançıların hücumundan sonra Rusiya 2016-cı ildən bəri ilk dəfə, şənbə gününə keçən gecə Hələbin bəzi hissələrinə hava zərbələri endirib.


SON XƏBƏRLƏR